Daha bir idman hadisəsi “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO
16.02.2010 - 09:58
Daha bir idman hadisəsi “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO
ABŞ-ın Dallas şəhərində basketbol üzrə Şərq və Qərb ulduzları komandaları arasında keçirilən oyun “Ginnesin Rekordlar Kitabı”na düşüb. Apasport.az saytının məlumatına görə, ənənəvi matç azarkeşlərin sayı baxımından diqqət çəkib.

Belə ki, açıq stadionda, daha doğrusu amerikan futbolu üçün nəzərdə tutulan “Cowboys Stadium”da gerçəkləşən qarşılaşmanı 108 713 tamaşaçı izləyib. Bu isə basketbol oyunlarında ən yüksək göstəricidir. Maraqlı idman mübarizəsinə səhnə olan görüş Şərq ulduzlarının 141:139 hesablı qələbəsi ilə nəticələnib.
0