Sabah komandamız Türkiyədə tarix yaza bilər
23.02.2010 - 18:35
Sabah komandamız Türkiyədə tarix yaza bilər
Bakının qadın voleybolçulardan ibarət “Rabitə” klubu sabah Türkiyədə tarixi uğur əldə edə bilər. Apasport.az saytının məlumatına görə, komandamız CEV kubokunun “Dördlər finalı”na vəsiqə qazanmaq üçün əla şans yaxalayıb. Bundan ötrü 1/4 finalın cavab matçında Türkiyənin “Əczaçıbaşı-Zentiva” klubuna “quru hesab”la uduzmamaq lazımdır.

“Rabitə” ötən həftə doğma meydanda 3:0 hesablı qələbə qazanıb. Cavab görüşündə voleybolçularımızı cəmi bir set qane edir. Əgər sabahkı oyun “Əczaçıbaşı-Zentiva”nın eyni hesablı qələbəsi ilə yekunlaşsa, onda tərəflər “qızıl set”də qalib gəlməyə çalışacaqlar.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
0