Yeni reytinq cədvəli: Milli komandamız 41-ci pillədə
25.02.2010 - 13:50
Yeni reytinq cədvəli: Milli komandamız 41-ci pillədə
Avropa Həndbol Federasiyası kişilərdən ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanı yığması 48 kollektiv arasında 41-48-ci yerləri bölüşdürür.

Həndbolçularımızın aktivində xal yoxdur. Yığmamızla yanaşı, Albaniya, Ermənistan, Böyük Britaniya, İrlandiya, Lixtenşteyn, Malta və Çernoqoriyanın da xal qrafasında “0” yazılıb. Reytinq cədvəlinə 448 xalla Fransa başçılıq edir. Bundan 16 xal geri qalan Xorvatiya komandası ikinci pillədə qərarlaşıb. İlk “üçlüy”ü isə Danimarka yığması tamamlayır (392 xal).

Qeyd edək ki, milli komandamız bir müddət öncə maliyyə problemləri üzündən çıxışlarını dayandırıb.
0