Milli komandamız “Athletes in Action”la qarşılaşır
18.03.2010 - 17:03
Milli komandamız “Athletes in Action”la qarşılaşır
Azərbaycanın kişilərdən ibarət yığması Qırğızıstanın Bişkek şəhərində keçirilən “Novruz-2010” beynəlxalq turnirinə qatılıb. Bu haqda apasport.az saytına Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Rüstəm Rüstəmov məlumat verib.

Milli komandamız “Kaspi” (Qazaxstan) və “Athletes in Action” (ABŞ) komandası ilə eyni qrupda yer alıb. Digər qrupda isə Qırğızıstan və Türkmənistan yığması, həmçinin Özbəkistanın Nəvai şəhərini təmsil edən “Soqdiana” klubu və ABŞ-ın “Manas” Tranzit Mərkəzinin komandası mübarizə aparacaqlar.

Basketbolçularımız sabah “Athletes in Action” klubunu sınağa çəkəcəklər. Martın 20-də isə “Kaspi” ilə görüş baş tutacaq. Turnirin yarımfinal və final oyunları müvafiq olaraq, martın 22-də və 23-də keçiriləcək.
0