Azərbaycan basketbol yığması beynəlxalq turnirin finalına çıxıb
22.03.2010 - 18:30
Azərbaycan basketbol yığması beynəlxalq turnirin finalına çıxıb
Azərbaycanın kiçilərdən ibarət basketbol yığması Qırğızıstanda keçirilən “Novruz-2010” beynəlxalq turnirində uğurla çıxış edir. Azərbaycan Basketbol Federasiyasının icraçı-direktoru Rüstəm Rüstəmovun apasport.az saytına verdiyi məlumata görə, Bişkək şəhərində keçirilən yarımfinal oyununda Özbəkistanın aparıcı komandalarından biri olan Nəvai şəhərini təmsil edən “Soqdiana” klubu ilə görüşən yığmamız 98:82 (27:12, 27:22, 21:24, 23:24) hesabı ilə qalib gəlib. Milli komandamız sabah turnirin finalında ABŞ-ın “Athletes in Action” klubu ilə görüşəcək.
0