Yığmamız beynəlxalq turnirin qalibi oldu
24.03.2010 - 12:32
Yığmamız beynəlxalq turnirin qalibi oldu
Kişilərdən ibarət basketbol üzrə yığma komandamız Qırğızıstanın Bişkek şəhərində keçiriən “Novruz-2010” beynəlxalq turnirinin qalibi olub. Apasport.az saytının xəbərinə görə, həmyerlilərimiz həlledici görüşdə Qırğızıstanın yığmasını 85:63 (28:20, 26:8, 20:20, 11:15) hesabi ilə məğlubiyyətə uğradıb.

Turnirdə millimizdən başqa, Qırğızıstan və Türkmənistanın yığmaları, ABŞ-ın “Atheletes in Action” və “Manas Tranzit Mərkəzi”, Özbəkistanın “Soqdiana”, Qazaxıstanın “Kaspi” komandaları iştirak edib.
0