Azərbaycan yığmasında 4 amerikalı! – EKSKLÜZİV
01.04.2010 - 18:01
Azərbaycan yığmasında 4 amerikalı! – EKSKLÜZİV
Azərbaycanın yığmasına ABŞ-dan basketbolçular cəlb olunub. Bu haqda apasport.az saytına milli komandanın baş məşqçisi Elxan Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda düşərgədə 4 amerikalı legioner var.

Əliyev bildirib ki, onlar Milli Basketbol Assosiasiyasında oynamasalar da, səviyyəli idmançılardır: “Aprelin 18-də İstanbula yollanırıq. Orada bir neçə görüş keçirəcəyik. Amerikalı basketbolçulara həmin oyunlar zamanı bir daha baxmaq istəyirik. Bundan sonra bəyəndiyimiz legionerlərin milliləşdirilməsi ilə bağlı menecerləri ilə bağlı danışıqlar aparacağıq”.

Baş məşqçinin sözlərinə görə, həmin basketbolçulardan ikisi komandaya cəlb ediləcək: “Çünki bizi qarşıdakı məsul oyunlar, sıx qrafik gözləyir. Üç gündən bir oyun keçirməli olacağıq. Legioner zədələnsə, onun yerinə meydana buraxmaq üçün sərəncamımızda başqa əcnəbi olmalıdır. Buna görə də iki legioner götürə bilsək, bu, yaxşı olardı. Hər halda, legioner məsələsi ilə bağlı son qərarı federasiya verəcək”.
0