“Azərreyl” və “Rabitə” qələbə ilə başladı
02.04.2010 - 20:10
“Azərreyl” və “Rabitə” qələbə ilə başladı
Voleybol üzrə qadınlar arasında Super Liqa oyunları pley-off mərhələsinin ikinci turuna start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış matçında «Azərreyl» və «İqtisadçı» üz-üzə gəliblər.

Oyunun ilk dəqiqələrindən təşəbbüsə yiyələnən Adnan Kistakın yetirmələri 3:1 hesabı ilə qələbə qazanıblar. Digər qarşılaşmada «Rabitə» «Lokomotiv»i sınağa çəkib. Rabitəçilərin 3:1 hesablı qələbəsi ilə ilk günün oyunları yekunlaşıb.

Qazanılan qələbədən sonra “Rabitə” 7 xalla (10:4) birincidir. “Azərreyl” də 7 xal (10:7) toplasa da, ikinci yerdədir.
0