İsrail yığması Azərbaycana gəlməkdən imtina etdi
06.04.2010 - 11:01
İsrail yığması Azərbaycana gəlməkdən imtina etdi
Voleybol üzrə qadınlar arasında Bakıda keçiriləcək Şamil Şamxalovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə Bolqarıstan və İsrail yığmaları gəlməyə bilərlər. Apasport.az saytına məlumatına görə, İsrail millisi Azərbaycana gəlməkdən boyun qaçırıb. Yarışda iştirakı gözlənilən bolqarıstanlıların isə gəlib-gəlməyəcəyi bu gün bilinəcək.

Bu komandalar Bakıya gəlməsələr belə, turnir təxirə salınmayacaq. Aprelin 9-da start götürəcək yarışda 4 klubumuz – “Rabitə”, “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı” qüvvəsini sınayacaq.
0