Yarımfinal və final oyunlarının vaxtı məlumdur
06.04.2010 - 11:49
Yarımfinal və final oyunlarının vaxtı məlumdur
Voleybol üzrə qadınlar arasında Super Liqanın yarımfinal oyunlarının vaxtı müəyyənləşib. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu qarşılaşmalar aprelin 15-18-də təşkil ediləcək.

Yarışın ilk günündə “Rabitə” “İqtisadçı” ilə qarşılaşacaq. Ertəsi gün “Azərreyl” “Lokomotiv”i qəbul edəcək. Növbəti 2 gündə isə bu komandalar cavab görüşündə üz-üzə gələcəklər. 2 qələbə qazanan klub finala vəsiqə qazanacaq. Komandalar hərəyə 1 dəfə rəqibini məğlub edərlərsə, üçüncü görüş keçiriləcək.

Qeyd edək ki, final matçı və üçüncü yer uğrunda oyun aprelin 24-25-də olacaq.
0