“Azərreyl” finalda uduzdu - YENİLƏNİB
12.04.2010 - 21:22
“Azərreyl” finalda uduzdu - YENİLƏNİB
Qadın voleybolçular arasında Şamil Şamxalovun xatirəsinə həsr olunmuş turnir bu gün başa çatacaq. Apasport.az saytının məlumatına görə, yeni istifadəyə verilən “Lokomotiv” İdman Kompleksində öncə üçüncü yerin sahibi müəyyənləşib.

İlk dəfə keçirilən yarışın bürünc medalları uğrunda “Lokomotiv” və “İqtisadçı” üz-üzə gəliblər. İlk setdə “dəmiryolçular” qələbə qazanıblar. Lakin onlar bu uğurun davamını gətirə bilməyiblər. Belə ki, “ev sahibləri” rəqibə dalbadal 2 set “verdikdən” sonra hesabı bərabərləşdirsələr də, gücləri bundan artığına çatmayıb.

Bir sözlə, “dəmiryolçular” üçün yeni baza düşərli olmayıb. Həlledici hissədə 10:15 hesabı ilə uduzan “Lokomotiv” bürünc medalların “İqtisadçı”ya qismət olmasında əngəl yarada bilməyib.

Finalda isə “Azərreyl” və “Rabitə” qüvvəsini sınayıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən “rabitəçilər” turnirin qalibi olublar.
0