Ölkə çempionatında final görüşünün vaxtı dəyişdirildi
14.04.2010 - 10:07
Ölkə çempionatında final görüşünün vaxtı dəyişdirildi
Voleybol üzrə qadınlar arasında Super Liqada final və üçüncü yer uğrunda oyunlarının vaxtında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, həlledici görüşlərin aprelin 24-25-də keçirilməsi nəzərdə tutulsa da, matçlar 5 gün qabağa çəkilib. Təqvimə əsasən, çempionatın bürünc mükafatçısı aprelin 19-da, qalibi isə bir gün sonra müəyyənləşəcək.

Xatırladaq ki, Super Liqanın yarımfinal oyunlarında “Rabitə” “İqtisadçı” ilə (aprelin 15-də), “Azərreyl” isə “Lokomotiv”lə (aprelin 16-da) qarşılaşacaq.

Aprelin 17-18-də bu komandalar cavab görüşündə üz-üzə gələcəklər. 2 qələbə qazanan klub finala vəsiqə qazanacaq. Komandalar hərəyə 1 dəfə rəqibini məğlub edərlərsə, üçüncü görüş keçiriləcək.

Oyunlar Bakı İdman Sarayında olacaq.
0