“Rabitə”dən çətin qələbə
16.04.2010 - 09:31
“Rabitə”dən çətin qələbə
Bu gün voleybol üzrə qadınlar arasında Super Liqada pley-off mərhələsinin ikinci oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, ilk görüşdə “Rabitə” və “İqtisadçı” komandaları üz-üzə gəliblər. Bu matçda CEV kubokunun bürünc mükafatçısının asan qələbə qazanacağı proqnozlaşdırılsa da, bu belə olmayıb. “Rabitə” yalnız həlledici hissədə rəqibindən üstün olub – 3:2.

Pley-off mərhələsinin növbəti qarşılaşmasında “Azərreyl” və “Lokomotiv” komandaları meydana çıxacaqlar. Bu gün saat 18:00-da keçiriləcək görüş Bakı İdman Oyunları Sarayında olacaq.
0