Azərbaycan yığmasındakı amerikalı - FOTO
16.04.2010 - 13:52
Azərbaycan yığmasındakı amerikalı - FOTO
Kişilərdən ibarət Azərbaycan yığmasının formasını geyinəcək amerikalı basketbolçulardan birinin adı müəyyənləşib. Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Rüstəm Rüstəmovun apasport.az saytına verdiyi məlumata görə, Türkiyənin I liqa təmsilçisi “Reno” klubunda forma geyinən Coşva Xeyltveltlə danışıqlar artıq yekunlaşmaq üzrədir.

Rüstəmov bildirib ki, komandamız aprelin 18-də Türkiyəyə yola düşəcək. Qonşu ölkədə millimiz hazırlıqla bərabər, yoldaşlıq matçı da keçirəcək: “Rəqiblərimiz I liqa komandası olacaq. Biz orada həm də yığmamızda forma geyinəcək amerikalı Coşva Xeyltvelti bir daha sınaqdan keçirəcəyik”.

İcraçı-direktor, həmçinin qeyd edib ki, Azərbaycan yığmasının meneceri Ləvənt Türknaz amerikalının güclü basketbolçu olduğunu və millimizə fayda verəcəyini bildirib.
0