Azərbaycan yığması Küveyt klubuna qarşı
16.04.2010 - 23:11
Azərbaycan yığması Küveyt klubuna qarşı
Basketbol üzrə Azərbaycan yığması Türkiyə Basketbol Federasiyasından dəvət alıb. Bu barədə apasport.az saytına milli komandamızın türkiyəli baş meneceri Levent Türknas məlumat verib.

Türknaz bildirib ki, səfər bu həftənin bazar günü başlanacaq: "Avropa çempionatına hazırlaşmaq üçün Türkiyə əlverişli məkandır. Biz Türkiyədən dəvət almışıq. Orada seminara qatılıb, təlim-məşq toplanışı keçəcəyik".

Artıq Azərbaycan millisinin hazırlıq planı da məlumdur. Türknas bildirib ki, toplanışında əsas məqsəd daha çox yoxlama oyunu keçirməkdir: "Küveytin bir komandası orada təlim-məşq toplanışındadır. Onlarla qarşılaşacağımız dəqiqdir. 1 həftəlik səfərdə Türkiyə birinci liqa təmsilçiləri ilə də görüşəcəyik. Düzdür, heyətdə bəzi problemlərimiz var. Bir basketbolçumuz Çexiyada olduğundan bizimlə gedə bilməyəcək. Çalışırıq ki, basketbolçuların sayını 12-ə çatdıraq".
0