Azərbaycan yığması universitet komandasına uduzdu
20.04.2010 - 15:04
Azərbaycan yığması universitet komandasına uduzdu
Türkiyə Basketbol Federasiyasının dəvəti ilə İstanbulda təlim-məşq toplanışında olan Azərbaycanın kişilərdən ibarət yığma komandası bu gün ilk yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Haliç Universitetinin komandası ilə üz-üzə gələn Elxan Əliyevin yetirmələri 73:80 hesabı ilə məğlub olublar.

Komandamızın sabah “Trabzonspor”la qarşılaşacağı gözlənilir. Basketbolçularımız aprelin 22-də “Bahçeşeher Universiteti”ni sınağa çəkəcəklər. Yığmamızın aprelin 23-də Türkiyədə son yoxlama görüşündə qüvvəsini sınayacağı klubun adı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, aprelin 18-də səfərə yollanan millimiz burada 1 həftə hazırlıq keçəcək.
0