Hacı Zeynalabdin Tağıyevin voleybolçu törəməsi – FOTO
20.04.2010 - 16:17
Hacı Zeynalabdin Tağıyevin voleybolçu törəməsi – FOTO
Qadınlardan ibarət “İqtisadçı” voleybol klubunda Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin törəməsi çıxış edir. Lent.az-ın əldə etdiyi məlumata görə, bu, 22 yaşlı İndira Abdullayevadır.

Abdullayeva Türkmənistanın Mari şəhərində doğulub. Uşaqlıqdan voleybolla məşğul olan İndira təqribən 2 il öncə Gəncənin “Transspor” klubuna transfer olub. “Transspor” maliyyə problemləri ilə əlaqədar fəaliyyətini dayandırdıqdan sonra Abdullayeva Bakının “İqtisadçı” klubuna keçib.

Məlumatı Lent.az-a açıqlamasında İndira Abdullayevanın özü də təsdiqləyib. Geniş müsahibə verməkdən imtina edən Abdullayeva ata babasının Hacı Zeynalabdin Tağıyevin nəticəsi olduğunu bildirib: “Babam Türkmənistana köçüb və orada ailə qurub. Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım bura gətirildikdən sonra onun nəslinin digər nümayəndələrini də tədricən Azərbaycana dəvət etməyə başlayıblar. O cümlədən, nənəm və babam da Bakıya gəlib. Atam isə ailə quraraq, Türkmənistanda qalıb”.
0