Milli komandamızda 3 yeni sima - FOTO
21.04.2010 - 10:29
Milli komandamızda 3 yeni sima - FOTO
Gənclərdən ibarət milli komandamızın 3 voleybolçusu əsas yığmamızın heyətinə cəlb edilib. Bu barədə apasport.az saytına gənclərdən ibarət millimizin baş məşqçisi Feliks Məmmədov verib. O bildirib ki, onların hər biri gələcək üçün böyük perspektiv vəd edir: “Yetirmələrim gənc olsalar da, onlara bəslənilən ümidləri doğruldurlar. Bir neçə ildən sonra bu voleybolçular millinin aparıcı simalarına çevriləcəklər. Sevindirici haldır ki, komandamızdan artıq Ayşən Abduləzimova, Anita Bredis və Oksana Kiselyovanın böyüklərdən ibarət milliyə dəvət olunublar”.
0