Oksana Parxomenko Natalya Məmmədovadan “qaçır”
21.04.2010 - 16:51
Oksana Parxomenko Natalya Məmmədovadan “qaçır”
Voleybol üzrə qadınlar arasında Rusiya çempionatında çıxış edən Azərbaycan millisinin üzvləri finalda üz-üzə gələ bilməyəcəklər. Apasport.az saytının məlumatına görə, Natalya Məmmədovanın şərəfini qoruduğu Krasnadar “Dinamo”sunun həlledici mərhələyə çıxması demək olar ki, möcüzə sayəsində baş verə bilər. Yarımfinalda “Zariçye Odinçeva” ilə ilk iki oyunda uduzan Krasnodar təmsilçisinin bundan sonra 3 qələbə qazanacağı inandırıcı görünmür.

Lakin Məmmədovanın komandasından fərqli, millimizin kapitanı Oksana Parxomonkonun şərəfini qoruduğu Moskva “Dinamo”su finalın bir addımlığındadır. Onlar hər iki görüşdə “Uraloçka”ya qalib gəliblər.

Finala çıxacaq komandalar aprelin 22-də müəyyənləşə bilər. Lakin yarımfinalçılar arasında üçüncü qələbə qazanılmazsa, dördüncü görüş keçiriləcək.
0