Azərbaycan millisindən ikinci məğlubiyyət
22.04.2010 - 10:06
Azərbaycan millisindən ikinci məğlubiyyət
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan basketbol yığması ikinci yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Trabzonspor”la qarşılaşan Elxan Əliyevin yetirmələri 61:91 hesabı ilə məğlub olublar. Komandamız bu gün “Bahçeşeher Universiteti”nin basketbolçuları ilə qüvvəsini sınayacaq.

Xatırladaq ki, Türkiyə Basketbol Federasiyasının dəvəti ilə İstanbulda hazırlıq keçən millimiz ilk oyunda “Haliç Universiteti”nə 73:80 hesabı ilə uduzmuşdu.
0