Milli komandamız yenə uduzdu
23.04.2010 - 09:33
Milli komandamız yenə uduzdu
Türkiyədə hazırlığını davam etdirən basketbol üzrə Azərbaycan millisi uğursuz oyunlar seriyasını davam etdirir. Apasport.az saytının məlumatına görə, İstanbulda üçüncü yoldaşlıq matçına çıxan yığmamız hələ də qələbə üzünə həsrətdir.

Belə ki, son oyunda “Bahçeşeher Universiteti” ilə mübarizə aparan komandamız yenə də məğlubiyyətdən yaxa qurtara bilməyib - 71:73.
Bu gün Elxan Əliyevin yetirmələri son yoxlama matçına çıxacaqlar. Komandamızın rəqibi “Bilgi Universiteti”dir.

Xatırladaq ki, Türkiyədə bir həftəlik təlim-məşq toplanışına yollanan basketbolçularımız birinci oyunda “Haliç Universiteti”nə 73:80, ikinci görüşdə isə “Trabzonspor”a 61:91 hesabı ilə məğlub olublar.
0