“Azərreyl” bürünc medalı da əldən verir
26.04.2010 - 08:52
“Azərreyl” bürünc medalı da əldən verir
Voleybol üzrə qadınlar arasında Super Liqanın final mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Quba Olimpiya İdman Kompleksində öncə “İqtisadçı” və “Azərreyl” qarşılaşıb. Üçüncü yer uğrunda keçirilən ilk matçda “Azərreyl” növbəti dəfə azarkeşlərini məyus edib – 2:3.

Çempionluq uğrunda görüşdə isə “Rabitə” “Lokomotiv”i sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən matçda “rabitəçilər” ilk qələbələrini qazanıblar – 3:2.

Komandalar ikinci oyunlarına aprelin 27-də çıxacaqlar.

Qeyd edək ki, final qarşılaşmaları 3 qələbəyə kimi davam edəcək.
0