Natalya Məmmədova “Rabitə”də! - EKSKLÜZİV
12.05.2010 - 12:06
Natalya Məmmədova “Rabitə”də! - EKSKLÜZİV
Çempionlar Liqasında Azərbaycanın idman şərəfini qoruyacaq “Rabitə” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, 5 legionerlə müqavilə bağlayan “rabitəçilər” bu dəfə Azərbaycan yığmasının lideri Natalya Məmmədova ilə danışıqlara başlayıblar.

“Rabitə” rəhbərliyinin Rusiya çempionatında Krasnodar “Dinamo”su ilə bürünc mükafata sahib olan voleybolçumuz ortaq məxrəcə gəldiyi bildirilir.

Qeyd edək ki, paytaxt komandası növbəti mövsüm üçün serbiyalılar - Boyana Doganjiç, Silviya Papoviç Sanya Staroviç, Mira Qoluboviç və litvalı Olqa Toçko ilə 1 illik müqavilə imzalayıb.
0