Çempionlar Liqasının qalibi Azərbaycanda – FOTOSESSİYA
13.05.2010 - 15:43
Çempionlar Liqasının qalibi Azərbaycanda – FOTOSESSİYA
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Bakının “Rabitə” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, əsasən legionerlə üstünlük verən “rabitəçilər” bu gün daha 4 əcnəbi ilə müqavilə bağlayıblar. Bunlar İrina Jukova (Ukrayna), Natalya Kulikova (Rusiya), Mirela Deliç (Xorvatiya) və Diana Nenovadır (Bolqarıstan).

1974-cü il təvəllüdlü və 178 sm boyu olan İrina Jukova ölkəsinin yığmasının da şərəfini qoruyur. Ukraynalı voleybolçu Avropa kubokunda mübarizəyə ilk dəfə “Ximvolokno Çerkası”nin heyətində “ayaq basıb”. O, daha sonra “Modena” (2001-2003), “Foppapedretti” (2003-2005), “Kruq Çerkası” (2006-2007), və “Zariçye-Odinçeva” (2007-2009) klublarının heyətində qitənin müxtəlif kubok yarışlarının iştirakçısı olub. 4 dəfə Çempionlar Liqasının “Dördlər finalı”nda qüvvəsini sınayan Jukova “Berqamo” və “Modena”nın heyətində Çempionlar Liqasının qızıl medalını qazanıb. Bundan əlavə, bir dəfə fəxri kürsünün ikinci pilləsinə yüksəlib və 1 dəfə dördüncü olub. O, həmçinin Rusiya, İtaliya və 5 qat Ukrayna çempionudur.

Komandanın şərəfini qoruyacaq Rusiya yığmasının üzvü də təcrübəli voleybolçudur. 1982-ci ildə anadan olan Natalya Kulikova 24 yaşında Covanni Kapraranın çalışdırdığı Rusiya komandasının heyətində Braziliyaya qalib gələrək, dünya çempionu adına layiq görülüb. O, həmçinin “Universitet Belqorod”un heyətində Çempionlar Liqasında, “Fakel Novyı Urenqoy” və “Samorodok”un heyətində CEV kubokunda qüvvəsini sınayıb.

Paytaxt klubuna transfer olunan Bolqarıstan millisinin üzvü Diana Nenova 1985-ci il təvəllüdlüdür. O, “Levski”, “Universitet Belqorod” və “Postar 064” klublarının heyətində Avropa kuboklarında çıxış edib.

“Rabitə”nin digər yeni üzvü Mirela Deliç Xorvatiya millisinin əsas siması hesab olunur. 1981-ci ildə anadan olan voleybolçu “Azena Kumicic” (2003-2004), “Mladost” (2004-2005), “Maribor” (2005-2006), “Tenerife” (2007-2008) və “Kann”ın (2008-2010) heyətində Avrokuboklarda mübarizə aparıb. “Kann”ın heyətində Çempionlar Liqasının bürünc mükafatını qazanıb.
0