Rəqibimiz Ukraynanı məğlub etdi
13.05.2010 - 16:30
Rəqibimiz Ukraynanı məğlub etdi
Voleybolçu qadınlar arasında Avropa çempionatının seçmə mərhələsində yığma komandamızın rəqibi Belarus millisi İsraildə hazırlığı başa vurub. Apasport.az saytının məlumatına görə, Nikolay Karpolun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışını proqrama uyğun olaraq aparır. Belə ki, İsraildən Mogilyova gələn komanda Ukrayna voleybolçuları ilə ilk yoldaşlıq matçını keçiriblər. Rəqibimiz ilk setdə məğlub olsa da, oyunda dönüş yaratmağı bacarıb. Dalbadal 3 hissədə qələbə qazanan əfsanəvi məşqçinin komandası qarşılaşmanı 3:1 hesabı ilə öz xeyrinə bitirib.

Qeyd edək ki, qitə çempionatına ciddi hazırlaşan rəqib Ukrayna komandası ilə daha 2 yoxlama oyununda qüvvəsini sınayacaq.
0