“Azərreyl”in kapitanı menecerliyə başlayır
14.05.2010 - 12:21
“Azərreyl”in kapitanı menecerliyə başlayır
“Azərreyl”in kapitanı Nisə Quliyeva artıq meydanlara bir daha voleybolçu kimi çıxmayacaq. Bu barədə apasport.az saytına Quliyevanın özü məlumat verib.

Türkiyə yığmasının şərəfini qorumuş azərbaycanlı idmançı bundan sonra menecerliklə məşğul olacaq: “Çempionatlarda yaranmış fasilələrdən sonra voleybol zallarına menecer kimi qayıdacağam. Bu işi tək deyil, “ay-ulduzlu” komandanın keçmiş voleybolçusu Pelin Yüce ilə birlikdə görəcəyəm. Yüce artıq fəaliyyətə başlayıb. Mən isə qısa istirahətdən sonra ona qoşulacağam”.

Quliyeva artıq “əllərində” bəzi voleybolçuların olduğunu da bildirdi: “Bir sıra voleybolçuların transferlər hüququnu həyata keçirmək hüququna yiyələnmişik. Bu sırada tanınmış idmançılarla bərabər gənclər də var. Bakı klublarına yeni super transferlərdən də məlumatlıyam. Lakin Azərbaycan komandalarına mayda keçiriləcək Avropa çempionatının seçmə mərhələsindən sonra voleybolçu təklif edəcəyik. Orada güclü komandaların yaradılması üçün hər zaman kömək etməyə hazıram”.
0