Milli komandamızdan gözlənilən məğlubiyyət
17.05.2010 - 09:43
Milli komandamızdan gözlənilən məğlubiyyət
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması “ənənə”sinə sadiq qalıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının təsnifat mərhələsində İngiltərə ilə qarşılaşan Sahib Əliyevin yetirmələri elə ilk mərhələdəcə çıxışlarını dayandırıblar. Maraqlıdır ki, voleybolçularımız Bakıda 3:0 (25:21, 25:18, 25:22) hesabı ilə qalib gəldikləri rəqibdən səfərdə 1 set də “oğurlaya” bilməyiblər. Bu azmış kimi onlar 0:3 (25-18, 25-12, 25-18) hesabı ilə uduzaraq, topların fərqinə görə mübarizəni dayandırıblar.
Qeyd edək ki, komandamız topların fərqində 12 xal geri qalıblar.
0