Yığmamızın baş məşqçisi: Komanda şok yaşadı
17.05.2010 - 10:13
Yığmamızın baş məşqçisi: Komanda şok yaşadı
“Rəqibin oyunu məni heyrətləndirdi. Onların tez bir zamanda belə hazırlaşmaları və əla oyun nümayiş etdirmələri mənim üçün gözlənilməz oldu. Hətta voleybolçularımız da meydanda nə baş verdiyini anlamırdı və şokda idilər. Bəlkə də, ilk oyunda qazandığımız “quru hesablı” qələbə komandada arxayınçılıq yaratmışdı. Amma hər halda, ingilislər gözəl oynadılar və növbəti mərhələyə yüksəldilər”. Bu sözləri apasport.az saytına voleybol üzrə yığma komandamızın baş məşqçisi Sahib Əliyev deyib. O, İngiltərə millisinə səfərdə də qalib gələcəyini proqnozlaşdırsa da, hər şey əksinə olub.

Yığma komandamızın kapitanı Aleksey Çervyakov isə belə oyuna hazır olmadıqlarını vurğulayıb: “Birinci oyunda inamlı qələbə qazandığımızdan rəqibin belə oyununa hazır deyildik. İlk dəqiqələrdən sanki Bakıdakı uğurun təkrarlanacağını düşünürdük. Lakin İngiltərə komandası dəqiqələr ötdükcə tam təşəbbüsə yiyələndi. Hücumda qarşısıalınmaz olan ev sahibləri blokda da güclü oynadılar. Bunun nəticəsi olaraq 3:0 hesabı ilə qalib gələrək top fərqinə görə, mübarizəni dayandırdıq”.

Tahir HÜMMƏTOV
0