Azərbaycan yığması Rusiya çempionuna qarşı
                    
                    17.05.2010 - 14:21
                        
                        Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması Bakıda təlim-məşq toplanışını yekunlaşdıraraq, bu gün Moskvaya yola düşüb. Apasport.az saytının məlumatına görə, Rusiyada son çempion “Zariçye-Odinçeva” ilə 2 yoldaşlıq matçında qüvvəsini sınayacaq Faiq Qarayevin yetirmələri orada da cəmi 3 gün qalacaqlar. 
Yığmamız 3 gündən sonra isə Moskvadan Belarusun Mogilyov şəhərinə yollanacaq. Komandamızın bu ölkəyə səfər etməsində əsas səbəb Avropa çempionatının I seçmə mərhələsində mübarizə aparmaqdır. Belə ki, A qrupunda yer alan millimiz mayın 21-də Bosniya və Herseqovina ilə üz-üzə gələcək. 1 gün sonra Gürcüstanı sınağa çəkəcək Faiq voleybolçularımız mayın 23-də Belarusla qüvvəsini sınayacaqlar.
Qeyd edək ki, Avropa çempionatının II seçmə mərhələsi mayın 28-30-da Bakıda keçiriləcək.
Tahir HÜMMƏTOV

                                0
                                
                                0