Azərbaycan yığması Bakıya qayıda bilmir
17.05.2010 - 23:08
Azərbaycan yığması Bakıya qayıda bilmir
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığma komandası Britaniyada problemlə üzləşib. Bu barədə apasport.az saytına Azərbaycan Voleybol Federasiyasından məlumat veriblər.

Belə ki, komandamız İngiltərədə meydan sahiblərinə uduzduqdan sonra Bakıya qayıda bilmir. Buna səbəb isə İslandiyada vulkanın yenidən püskürməsidir. Hələlik təxirə salınan Bakı-London aviareyslərinin nə vaxt bərpa olunacağı bəlli deyil.

Qeyd edək ki, Avropa çempionatının ilk matçında 3:0 hesabı ilə İngiltərəyə qalib gələn Sahib Əliyevin yetirmələri səfərdə eyni hesabla məğlub olsalar da, top fərqinə görə növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.
0