Yığmamızın kapitanı Rusiyada qalmağa üstünlük verdi
18.05.2010 - 16:08
Yığmamızın kapitanı Rusiyada qalmağa üstünlük verdi
Rusiya çempionatında mövsümü gümüş medalla başa vuran Moskvanın “Dinamo” klubu bir neçə voleybolçusu ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, yığmamızın kapitanı Oksana Parxomenko da daha bir il Moskva təmsilçisinin heyətində çıxış edəcək. Komanda rəhbərliyi onunla bərabər, ötən il “Dinamo”un uğurları üçün çalışan dünya çempionu, italiyalı Simona Coli ilə danışıqları müsbət yekunlaşdırıb.

Son mövsümdə heyətində cəmi 2 legioner voleybolçunun mübarizə apardığı klub, həmçinin, yerlilər - Yelena Qodina, Mariya Duskryadçenko, Natalya Qonçarova, Lesya Maxno və Anna Matiyenkonun da qalması məsələsini həll ediblər.

Növbəti ildə çempionluğu hədəfləyən “Dinamo”nun Anna Makarova və Svetlana Kryuçkova ilə də müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Makarova son mövsümdə Natalya Məmmədova ilə Krasnodar “Dinamo”sunda çıxış edib. Kryuçkova isə “Zariçye-Odinçovo” ilə Rusiya çempionluğunu yaşayıb.
0