Yığmamızın üzvü “Fənərbaxça”dan dəvət alıb
19.05.2010 - 23:24
Yığmamızın üzvü “Fənərbaxça”dan dəvət alıb
Qadınlardan ibarət Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədovanın yeni müştəriləri peyda olub. Apasport.az saytının xəbərinə görə, ötən mövsüm Krasnodar "Dinamo"sunda Rusiya Superliqasını üçüncü yerdə başa vuran idmançı karyerasını Türkiyədə davam etdirə bilər. "Dinamo"da forma geyinib-geyinməyəcəyi sual altında olan Məmmədovaya "Fənərbaxça" və "Vakifbank" dəvət göndərib.
0