Yığmamız Belarusa qələbə ilə yollandı
20.05.2010 - 16:23
Yığmamız Belarusa qələbə ilə yollandı
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması Rusiyada təlim-məşq toplanışını başa vuraraq Belarusun Mogilyov şəhərinə yollanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının I seçmə mərhələsinə Moskvada hazırlaşan Faiq Qarayevin yetirmələri bu ölkədə 2 yoldaşlıq görüşündə qüvvələrini sınayıblar.

Rusiya çempionu “Zariçye-Odinçeva” ilə baş tutan oyunlarda voleybolçularımız 3:1 və 3:0 hesabı ilə qələbə qazanıblar. Komandamız bu gün axşam saatlarında yarışın keçiriləcəyi “Olimpies” idman kompleksində ilk məşqinə çıxacaq.

Qeyd edək ki, A qrupunda yer alan millimiz mayın 21-də Bosniya və Herseqovina ilə üz-üzə gələcək. 1 gün sonra Gürcüstanla qarşılaşacaq. Mayın 23-də isə rəqibimiz Belarus yığması olacaq.
0