Kovalenko Məmmədovanı izləyir
24.05.2010 - 15:26
Kovalenko Məmmədovanı izləyir
Avropa çempionatının I seçmə mərhələsində Azərbaycan yığmasına ən çox xal qazandıran voleybolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, milli komandamızın ən məhsuldar voleybolçusu Natalya Məmmədova olub.

Növbəti mövsümdə Super Liqanın çempionu “Rabitə”də forma geyinəcəyi gözlənilən Məmmədov 3 oyunda milli komandamıza 46 xal qazandırıb. O, Bosniya və Herseqovina ilə matçda 9, Gürcüstanla görüşdə 15 və Belarusla oyunda 22 dəqiq zərbə vurub.

Yığmamızın liderindən sonra ən çox xal Kseniya Kovalenkonun aktivindədir. Blokda inamlı oynayan voleybolçumuz 27 xalla millimizin qrup birincisi olmasında böyük pay sahibi olub.

Qeyd edək ki, Mogilyovda bütün rəqiblərinə qalib gələn Faiq Qarayevin yetirmələri II seçmə mərhələni doğma divarlar arasında keçirəcək.
0