Yığmamız Avropa çempionatına qələbə ilə başladı
                    
                    09.08.2010 - 09:12
                        
                        Basketbol üzrə kişilər arasında Avropa çempionatının B divizionunun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk turda Albaniya yığması ilə qarşılaşan Azərbaycan milli komandası səfərdən qələbə ilə dönüb. Elxan Əliyevin yetirmələri rəqiblərini 81:63 (17:19, 31:14, 16:17, 17:13) hesabı ilə məğlub ediblər. Komandamızın heyətində ən çox xal qazanan Çarlz Devis olub. Milliləşdirilmiş amerikalı legionerimiz yığmamıza 23 xal qazandırıb. Ondan başqa komandamızın üzvlərindən - Zaur Paşayev 14, Fuad Niftəliyev 13, Rasim Başak 12, Aleksandr Rındin 10 və Tahir Baxşiyev 9 xal qazanıblar. 
Elxan Əliyevin yetirmələrinin yer aldığı B qrupunun digər görüşündə İsveç və Belarus milliləri qarşılaşıb. Kifayət qədər güclü olan ev sahibləri 75:66 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, yığmamız növbəti oyununu avqustun 14-də Belarus basketbolçularına qarşı keçirəcək. Qarşılaşma “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq.

                                0
                                
                                0