Fəridə Rəsulova Yunanıstana gedir
10.08.2010 - 13:45
Fəridə Rəsulova Yunanıstana gedir
Çimərlik voleybolu üzrə 23 yaşa kimi oğlan və qızlardan ibarət Azərbaycan yığma komandaları Avropa çempionatında qüvvələrini sınayacaqlar. Apasport.az saytının məlumatına görə, avqustun 25-28-də Yunanıstanda keçiriləcək yarışda Azərbaycanı Fəridə Rəsulova - Olqa Ajgibiceva və Vadim Kutukov - Arif Tağıyev cütlükləri təmsil edəcək. Voleybolçularımız səfərə İqor Kutukovun rəhbərliyi altında avqustun 24-də yola düşəcəklər.

Qeyd edək ki, çimərlik voleybolu üzrə avqustun 13-14-də isə Bakıda Azərbaycan kuboku keçiriləcək.
0