“Rabitə” və “İqtisadçı” Samsuna yollanacaq
10.08.2010 - 16:13
“Rabitə” və “İqtisadçı” Samsuna yollanacaq
Voleybol üzrə qadınlar arasında keçiriləcək “Errea Cup”da Azərbaycan klubları da mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, Türkiyənin Samsun şəhərində təşkil ediləcək yarışda “Əczaçıbaşı” və “Vakıfbank Günəş Sığorta” klubları ilə yanaşı, Super Liqanın qalibi “Rabitə” və bürünc mükafatçısı “İqtisadçı” da qüvvəsini sınayacaq.

“Errea Cup” oktyabrin 1-4-də təşkil ediləcək.

Qeyd edək ki, Errea məşhur İtaliya idman geyimi firmasıdır və bu yarışı Samsunda yeni mağazasının açılışı münasibəti ilə keçirəcək.
0