“Bakı” yenilik edə bilmədi
10.08.2010 - 23:04
“Bakı” yenilik edə bilmədi
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan Super Liqasında 8 komandanın mübarizə aparacağı sual altına düşüb. Yeni yaradılması nəzərdə tutulan və yüksək liqada iştirakı gözlənilən “Bakı”nın planları dəyişib. Bu barədə apasport.az saytına “Bakı”nın vitse-prezidenti Tunc Afşar məlumat verib.

Türkiyəli mütəxəssis bildirib ki, öncə belə planları olsa da, artıq bu məsələ ilə bağlı danışıqlar yekunlaşıb: “Yeni komanda yaratmağı planlaşdırırdıq. Lakin sonda bu müsbət həllini tapmadı və “Bakı”nın voleybol komandasını yaratmaq fikrindən daşındıq. Bəlkə bu klubun əvəzinə hansısa rayonda yenisi yaradılsın. Bunun isə bizlə əlaqəsi olmayacaq”.

Qeyd edək ki, növbəti mövsümdən Azərbaycan çempionatında 8 komandanın iştirakı nəzərdə tutulsa da, “Sumqayıt”ın da Super Liqadan imtina edəcəyi gözlənilir.
0