Azərbaycan yığmasının rəqibləri bir-birinə qarşı
11.08.2010 - 09:25
Azərbaycan yığmasının rəqibləri bir-birinə qarşı
Bu gün basketbol üzrə Avropa çempionatının B divizionunda II turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı qrupda 2 görüş baş tutacaq.

Elxan Əliyevin yetirmələrinin ilk turda məğlub etdiyi Albaniya Belarusla qarşılaşacaq. Digər oyunda isə Rumıniya İsveçi qəbul edəcək.

Qeyd edək ki, bu turda basketbolçularımız istirahət edəcəklər. Avqustun 14-də isə milli komandamız Belarusla mübarizə aparacaq.
0