Milli komandamız Rumıniyaya qələbə ilə gedir
                    
                    14.08.2010 - 19:53
                        
                        Basketbol üzrə kişilər arasında Avropa çempionatının B divizionunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, birinci tur çərçivəsində səfərdə Albaniyanı 81:63 hesabı ilə məğlub edən Azərbaycan yığması ilk ev qarşılaşmasına çıxıb. 
“Sərhədçi” Olimpiya Mərkəzində baş tutan görüşdə milli komandamızın rəqibi Belarus olub. Komandamız qitə birinciliyindəki ikinci matçında da qələbə qazanıb – 83:79 (32:20, 15:17, 18:13, 18:29).
Qeyd edək ki, yığmamız növbəti oyununu avqustun 17-də səfərdə Rumıniyaya qarşı keçirəcək.

                                0
                                
                                0