Yığmamızın üçüncü cəhdi
17.08.2010 - 08:52
Yığmamızın üçüncü cəhdi
Bu gün basketbol üzrə Avropa çempionatının B divizionunda III tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, ilk 2 oyunda qələbə qazanan Azərbaycan yığması tur çərçivəsində Rumıniya ilə qüvvəsini sınayacaq. Hər iki komanda hələ məğlub olmadığından görüşün çətin keçəcəyini proqnozlaşdırmaq olar. Elxan Əliyevin yetirmələri Rumıniyadan qələbə ilə dönərlərsə, qrupun vahid liderinə çevriləcəklər.

Milli komandamızın yer aldığı B qrupunda bu gün həmçinin İsveç və Albaniya yığmaları da münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, turnir cədvəlində 2-ci yerdə olan Azərbaycan yığmasının 2 oyundan sonra aktivində 4 xalı var. Rumınlar da eyni xala malikdirlər. Üçüncü yerdə qərarlaşan Belarus isə 3 oyundan 4 xal toplayıb. İsveç və Albaniya basketbolçuları isə hələ də qələbəyə həsrətdirlər.
0