“Azərbaycan yığmasını məğlub etsək, işimiz asanlaşacaq”
17.08.2010 - 12:49
“Azərbaycan yığmasını məğlub etsək, işimiz asanlaşacaq”
“Azərbaycan yığması ilə oyunun çox çətin olacağını proqnozlaşdırsam da, bizə mütləq qələbə lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri basketbol üzrə Rumıniya yığmasının üzvü Titus Nikoara deyib.

Bu gün Avropa çempionatının B divizionunda keçiriləcək Rumıniya - Azərbaycan görüşündə qələbə qazanan komanda qrupun vahid liderinə çevriləcək. Bunun üçün rəqib doğma divarlar arasında məğlub olmağı düşünmür. Nikoara bildirib ki, onlar A divizionuna yüksəlməyi planlaşdırırlar: “Biz ilk 2 görüşdə 100 faizlik nəticə göstərmişik. Top fərqinə görə də Azərbaycanı qabaqlayırıq. Bu gün qələbə qazansaq, işimiz asanlaşacaq. Mənə elə gəlir ki, A divizionuna bizim komanda yüksələcək”.

Qeyd edək ki, Rumıniya və Azərbaycan basketbolçuları Timişoara şəhərində qarşılaşacaqlar.
0