“Azərbaycanla oyunda meydana döyüşkən komanda çıxacaq”
17.08.2010 - 13:41
“Azərbaycanla oyunda meydana döyüşkən komanda çıxacaq”
“Mən komandaya və yetirmələrimə inanıram. Çəkilən əziyyətlərin bəhrəsi olaraq, 2 oyunda qələbə qazanmışıq və bu uğuru davam etdirmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri basketbol üzrə Rumıniya yığmasının baş məşqçisi Con Karl Neyman deyib.

Amerikalı mütəxəssis çalışdırdığı milli komandanın gələcəyinə inanır. O, A divizionuna yüksəldikdən sonra 2013-cü ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq planlarının da olduğunu bildirib: “Biz gözəl kollektiv qurmuşuq. Bunun üçün planlarımız çoxdur. 3 il sonra Avropa çempionatına da yollana bilərik. Bunun üçün ilk növbədə B divizionunda məğlub olmamalıyıq. Artıq komandada ruh yüksəkliyi əladadır və Azərbaycanla oyunda da meydana döyüşkən və mübariz kollektiv çıxacaq. Bu oyunda hücumda dəqiq və müdafiədə də ehtiyatlı olmalıyıq”.

Qeyd edək ki, B qrupunda yer alan Rumıniya və Azərbaycan komandalarının oyunu bu gün baş tutacaq.
0