“Azərbaycan yığması bütün ümidlərimizi puç etdi” - FOTO
18.08.2010 - 09:31
“Azərbaycan yığması bütün ümidlərimizi puç etdi” - FOTO
“Azərbaycan yığması bütün ümidlərimizi puç etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri basketbol üzrə kişilərdən ibarət Rumıniya yığmasının baş məşqçisi Con Karl Neyman deyib.

Avropa çempionatının B divizionunun III turunda Elxan Əliyevin yetirmələrinə məğlub olan Neyman komandasının məğlubiyyətini həzm edə bilmir. Oyundan öncə Avropa çempionatının finalına kimi yüksələcəklərini bildirən amerikalı məşqçi xal itirmələrinin günahını müdafiəçilərin ayağına yazıb: “İtkisiz irəliləyirdik. Lakin azərbaycanlılar bu yolumuzu davam etməyə imkan vermədilər. Onlar Timişoarada inamlı oynayaraq, qələbə qazandılar. Məğlubiyyətimizin əsas səbəbi isə bu oyunda müdafiə xəttimizin kobud səhvlərə yol verməsidir”.

Qeyd edək ki, Azərbaycan basketbolçuları rumınlara 101:86 hesabı ilə qalib gəlib.
0