Dumitresku: Görüşə qədər azərbaycanlıları “yeyəcəyimizi” düşünürdüm
18.08.2010 - 10:43
Dumitresku: Görüşə qədər azərbaycanlıları “yeyəcəyimizi” düşünürdüm
“Biz oyun ərzində özümüzə oxşamadıq. Hücumda isə çox zəif təsir bağışladıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa çempionatının B divizionunda Azərbaycan yığmasına uduzan Rumıniya milli komandasının basketbolçusu Aurelian Dumitresku deyib.

Komandasının ən məhsuldar basketbolçusu məğlubiyyətdən sonra məyus olub. O, Elxan Əliyevin yetirmələrindən belə gözəl oyun gözləmirmiş: “Mən çox məyusam. Məğlubiyyət heç yerinə düşmədi. Bu oyundan sonra bildim ki, Azərbaycan basketbolçuları çox güclüdürlər. Görüşə kimi isə onları “yeyəcəyimizi” düşünürdüm”.

Qeyd edək ki, Dumitresku Azərbaycanla oyunda komandasına 23 xal qazandırsa da, rumınların heyətində oyunun ən yaxşısı 21 xal toplayan Titus Nikoara seçilib.
0