Yığmamızın üzvü Avropada birincidir
19.08.2010 - 09:03
Yığmamızın üzvü Avropada birincidir
Kişilər arasında Avropa çempionatının B divizionunda keçirilən III turun oyunlarından sonra ən məhsuldar basketbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü Çarlz Devis ilk pillədəki yerini qoruyub. Rumıniya ilə matçda 24 xal qazanan amerikalı legionerimiz xal ehtiyatını 77-yə çatdırıb.

Onu yalnız çempionatda 2 oyun keçirərək, 59 xal toplayan hollandiyalı Norel Henk qabaqlaya bilər.

Açıqlanan siyahıda komandamızın digər üzvləri – Fuad Niftəliyev 9-cu (51 xal), Rasim Başak 19-cu (42 xal), Zaur Paşayev 31-ci (35 xal), Aleksandr Rındin 38-ci (29 xal), Tahir Baxşiyev (25 xal) isə 50-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, III turdan sonra qrupda birinci yerdə olan Azərbaycan basketbolçuları ilk dövrənin son matçında Bakıda İsveçi qəbul edəcəklər.
0