Topdan transfer
19.08.2010 - 09:53
Topdan transfer
Voleybolçu qadınlar arasında Azərbaycan klubları heyətini daha 4 legionerlə gücləndirmək fikrinə düşüb. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, “Leviski-Sikonko” komandasının üzvləri karyeralarını ölkəmizdə davam etdirəcəklər.

Belə ki, Vesela Bonçeva, Viktoriya Qriqorova, Aneliya Paşina və Tanya Sobkovanın paytaxtın “Nəqliyyatçı” klubuna transferi həll olunmaq üzrədir. Onların bu günlərdə “dəmiryolçularla” müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, az öncə “Leviski-Sikonko”nun baş məşqçisi Plamen Xristovun da Super Liqanın gümüş mükafatçısı “Lokomotiv”lə danışıqları müsbət yekunlaşmışdı.
0