Çarlz Devis mövqeyini itirdi
24.08.2010 - 10:28
Basketbol üzrə kişilər arasında Avropa çempionatının B divizionunda ilk dövrənin bombardirlər siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 4 oyundan 3-də qələbə qazanan Azərbaycan yığmasının amerikalı legioneri Çarlz Devis ilk pillədəki mövqeyini itirib.
O, topladığı 104 xalla ikinci yerə enib. Birinci pillədə 3 oyunda 80 xal qazanan hollandiyalı Henk Norel qərarlaşıb. İlk “üçlüy”ü isə İsveç yığmasının üzvü Yanes Jerebko (100 xal) qapayır.
Digər basketbolçularımızdan ilk “20-lik”də yalnız Fuad Niftəliyev yer alıb. O, komandamıza 4 matçda 56 xal qazandırıb.
Qeyd edək, çempionatın II dövrəsinə 2011-ci ilin avqustunda start veriləcək.

- Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb
- Qadın voleybolçulardan ibarət millimiz xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
- Millimiz Belarus klubuna məğlub olub
- EuroVolley-2026-nın rəsmi topları təqdim olunub
- Azərbaycanın voleybol millisi Belarusdakı təlim-məşq toplanışını başa vurub
0
0