“İqtisadçı” “Əczaçıbaşı”ya Türkiyədə qalib gəldi
08.10.2010 - 12:28
“İqtisadçı” “Əczaçıbaşı”ya Türkiyədə qalib gəldi
“Çelenc Cup” turnirinə Türkiyədə hazırlaşan “İqtisadçı” voleybol klubu yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Rəşad Yazıçıoğullarının yetirmələri “Əczaçıbaşı” komandası ilə qarşılaşıblar. Voleybolçularımızın üstünlüyü şəraitində keçən oyunda Super Liqanın bürünc mükafatçısı rəqibə “quru hesab”la qalib gəlib (3:0).

Qeyd edək ki, “İqtisadçı” “Çelenc Cup”ın ilkin mərhələsində Bosniya və Herseqovinanın “Kula” komandasına qarşı hər 2 qarşılaşmasını Bakıda keçirəcək. Oyunlar oktyabrın 16-da və 17-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində olacaq.
0