“Çelenc Cup” həyəcanı başlayır
09.10.2010 - 12:09
“Çelenc Cup” həyəcanı başlayır
Sabah voleybol üzrə “Çelenc Cup” yarışlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı bu turnirdə Azərbaycan 4 komanda ilə təmsil olunur ki, onlardan da ilk imtahanı Super Liqanı dördüncü pillədə başa vuran “Azərreyl” verəcək. Vüqar Əliyevin yetirmələri ilkin təsnifat mərhələsinin birinci oyununu səfərdə Maltanın PAOLA Hibs klubuna qarşı keçirəcəklər. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşü Alan Qormalli (İrlandiya) və Marko Sgro (San-Marino) idarə edəcəklər.

Daha sonra qitə miqyaslı turnirdə “İqtisadçı” və “Azərneft” (kişilər) qüvvəsini sınayacaq. Hər iki görüşə paytaxtda çıxacaq klublarımızın oyunları oktyabrın 16-sı və 17-nə təsadüf edəcək. Onlar müvafiq olaraq, Bosniya və Herseqovinanın “Kula” və Serbiyanın “Partizan” komandalarını mübarizədən kənarlaşdırmağa çalışacaqlar.

Qeyd edək ki, paytaxtın “Lokomotiv” klubu isə “Çelenc Cup”da mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
0